İlk yazım...
Çox fikirləşdim ki, ilk yazım nə mövzuda olsun. Hər halda çətin fəaliyyətdi məqalə yazmaq. Çox adama, hamının adından danışmayım ən yaxşısı, şəxsən mənə qıraqdan baxanda çox
asan görünürdü blog açmaq və məqalə yazmaq. Əslində birinci fikrimdə yanılmamışam. O ki, qaldı
ki, məqalə yazmağa... Nə bilim?! Görək də başımıza nə gəlir. İndidən deyirəm yüksək performans gözləməyin. Yenə də çalışacam ki, maraqlı
olsun... Belə də ki, onsuz da bilirəm ki, heç kim oxumayacaq.
Blog
açmaqda məqsədim. Nə yalan deyim, hələ heç bir məqsədim yoxdu.
Sadəcə vaxtımı daha da əyləncəli keçirmək,
internetdəki
lazımsız məşğuliyyətlərimdən xilas olmaq üçün atılmış bir addımdır. Həm də bəlkə bu yolla
nəsə yeni bir şey öyrənə bildim.

No comments:
Post a Comment